Azərbaycan Tacikistana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Azərbaycanın xarici siyasət idarəsi bununla bağlı tviter hesabında paylaşım edilib.

“Tacikistanın Bədəxşan vilayətində qar uçqunu nəticəsində insan tələfatı və dağıntılara görə dərin hüznlə başsağlığımızı bildiririk.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - paylaşımda qeyd olunur.

Xatırladaq ki, fevralın 15-də Tacikistanın şərqində baş verən qar uçqunu nəticəsində 15 nəfər ölüb, 12 nəfər xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR