“Qalatasaray”ın erməni futbolçu sevdası:

Moskva "Dinamo"sunun erməni əsilli futbolçusu Arsen Zaxaryanı transfer etmək istəyən “Qalatasaray”ın təklifi açıqlanıb.

Metbuat.az Ntvspor-a istinadən xəbər verir ki, “Qalatasaray” Moskva "Dinamo"suna 12 milyon avro təklif edib. Türkiyə təmsilçisi bu məbləği 4 il ərzində ödəmək istəyir. Moskva təmsilçisi hələlik təklifə cavab verməyib. İddialara görə, 20 yaşlı futbolçu isə “Qalatasaray”dan illik 2,5 milyon avro məvacib tələb edib.

Qeyd edək ki, “Qalatasaray” Nikolo Zaniolonu da oxşar şərtlərlə transfer edib. Arsen Zaxaryan Rusiya milli komandasının formasını da geyinir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR