"Başqaları qalib gələndə dahi olur, biz isə qalib gələndə şanslı" -

"Roma"nın baş məşqçisi Joze Mourinyo komandasına ünvanlanan tənqidlərə cavab verib.

Metbuat.az xəbər verir ki, A seriyasında “Roma” son turda “Empoli” ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi görüşdə 1:0 hesablı qələbə qazansa da, Mourinyonun komandasının ünvanına tənqidlər səsləndirilib. Tənqidlərə cavab verən məşqçi deyib:

"İnsanlar bu komandanın nəyə layiq olduğunu anlamırlar. Biz çox çətin şəraitdə inanılmaz iş görürük. Uşaqlara qarşı ədalətsiz tənqidlər məni məyus edir. Bilmirəm, ya başa düşmürlər, ya da anlamaq istəmirlər. Mən bu uşaqlara minnətdaram. Media bizə heç kömək etmir. Başqaları qalib gələndə dahi olur. Biz qalib gələndə ya bəxtimiz gətirir ya da darıxdırıcı futbol olur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR