384 saat sonra 90 yaşlı qadın və oğlu xilas edildi -

6 fevralda Türkiyədə baş verən zəlzələnin 384-cü saatında 90 yaşlı qadın və onun 70 yaşlı oğlu xilas edilib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, ikinci güclü zəlzələdən sonra 11-ci mərtəbədəki evləri ağır zərər görən 70 yaşlı Hanifi Akgün və 90 yaşlı anası Güllü Akgün yanğınsöndürənlər tərəfindən xilas olunub.

Xilasetmə tədbirlərindən sonra ana və oğul xəstəxanaya yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR