Məşhur Hollivud aktyoru Baydenə SƏSLƏNDİ:

“Əgər Rusiya Ukraynada qalib gəlsə hamımızın sonu gələcək”.

Metbuat.az “The Guardian”a istinadən xəbər verir ki, bunu məşhur Hollivud aktyoru və rejissoru Şon Penn Berlində keçirilən film festivalı zamanı deyib.

Şon Penn Ukrayna haqqında çəkdiyi “Super güc” sənədli filminin premyerasından sonra çıxış edərək vurğulayıb ki, Qərb Rusiya və Ukrayna müharibəsində Ukraynanın uduzmasına imkan verə bilməz və bu baş verərsə lənətlənə bilərik.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar daha əvvəl Ukraynaya verdiyi hərbi yardımın miqyasını artırmadığına görə utanmalıdır.

Məlumat üçün bildirək ki, 2022-ci il sentyabrın 5-də Rusiya Ukraynanı dəstəkləyən iki aktyora - Ben Stiller və Şon Pennin ölkəyə girişinə qadağa qoyub. Noyabrın 8-də Şon Penn Kiyevə gəlib və Ukraynanın qələbəsinə inam simvolu olaraq Zelenskiyə Oskar heykəlciyini hədiyyə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR