Qırğızıstanda 5,9 bal gücündə zəlzələ oldu

Ötən gecə Qırğızıstan ərazisində 5,9 bal gücündə zəlzələ baş verib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:42-də Almatıdan 279 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin episentri 15 km dərinlikdə yerləşib. Qazaxıstan şəhərində də 2 bal gücündə yeraltı təkanlar hiss olunub. Hadisədən iki saat sonra - saat 05:58-də ekspertlər Alma-Atadan 278 km cənub-şərqdə Qırğızıstan və Çin sərhədində 5,6 bal gücündə növbəti zəlzələ qeydə alıblar. Onun episentri isə 10 km dərinlikdə olub.

Daha sonra qazax seysmoloqları Qırğızıstan və Çin sərhədində növbəti dəfə saat 08:14-də 4,2 bal gücündə yeni zəlzələ qeydə alıblar. Zəlzələnin episentri Alma-Ata şəhərindən 276 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR