“WhatsApp” yeni funksiyanı istifadəyə verib.

Metbuat.az xəbər verir ki, yeni funksiya nəticəsində statusa səsli mesaj yerləşdirmək mümkündür.

Qeyd olunan funksiya statusda 30 saniyəyə qədər səsli mesaj yazmağa və paylaşmağa imkan verəcək.

Səsli statusun müddəti 24 saatdır. Səsli mesajı göndərməzdən əvvəl dinləmək və silmək mümkündür.