Kanada hökuməti təhlükəsizlik risklərini əsas gətirərək Çininin texnologiya şirkətinə məxsus dünyaca məşhur sosial media platforması tiktoku qadağan edib.
Metbuat.az xəbər verir ki, tiktokun hökumət nüməyəndələrinin istifadə etdiyi mobil cihazlarda istifadəsi qadağan edilib. Bildirilib ki, tiktok məxfilik və təhlükəsizlik üçün risk yaradır və hökumət tərəfindən təqdim edilən cihazlarda girişi bloklanır. Açıqlamada deyilir:
"Kanada hökuməti hökumət məlumatlarını təhlükəsiz saxlamağa qərarlıdır. Biz sistemlərimizi mütəmadi olaraq izləyirik və risklərə qarşı tədbirlər görürük. Tiktok proqramı hökumət tərəfindən verilmiş mobil cihazlardan silinəcək. Bu cihazların istifadəçilərinin gələcəkdə proqramı yükləməsinin də qarşısı alınacaq”.