Keçmiş nazirin oğlunun yeni işi bəlli oldu -

Sabiq gənclər və idman naziri Azad Rəhimovun oğlu işğaldan azad olunmuş ərazilərdə minaaxtarma əməliyyatları üzrə fəaliyyət göstərən şirkətdə çalışır.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Arif Rəhimov Ağdamda minaaxtarma əməliyyatları həyata keçirən "Safe Point" şirkətinin təsisçilərindəndir.

Hazırda şirkət Ağdamda bir neçə strateji ərazidə minaxtarma əməliyyatlarını həyata keçirir.

Qeyd edək ki, "Safe Point" şirkəti 2022-ci ildə təsis edilib.

Məlumat üçün bildirək ki, Arif Rəhimov bundan öncə Bakı Şəhər Halqasının icraçı direktoru olub. O, 7 il çalışdığı bu vəzifədən ötən ilin oktyabrında azad olunub.

Azad Rəhimovun oğlu Ağdamda minaaxtarma əməliyyatları həyata keçirən şirkət təsis edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR