NASA Aya boru kəməri çəkəcək

"NASA" yaxın illərdə Aya getməsi planlaşdırılan Artemida missiyasını oksigenlə təmin etmək üçün ayın səthinə uzun oksigen boru xətti çəkməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, hazırda layihələndirmə və spekulyasiya mərhələsində olan boru kəmərinin Ayın buzla zəngin cənub qütb bölgəsindən Artemida stansiyalarına qədər uzanması nəzərdə tutulur.

Açıqlamalarda bildirilir ki, buz, NASA-nın Ayda daimi insanların məskunlaşması üçün hesablamalarının mühüm bir hissəsidir. Buna səbəb odur ki, həmin buz eyni zamanda içməli suya və oksigenə çevrilə bilir. İnsanın nəfəs alması, eləcə də raket yanacağı üçün istifadə edilməsi planlaşdırılan Ay boru kəməri Ayda məskunlaşanların oksigenə davamlı çıxışını təmin edəcək və bunu yerüstü nəqliyyatın xərclərini kəskin şəkildə azaldacaq.

Qeyd edək ki, boru kəmərinin Ayın cənub qütbündə tapılan alüminiumdan hazırlanacağı ehtimal edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR