Bu ölkə çip istehsalına başlayır:

Yaponiyanın Hokkaido bölgəsində yarımkeçirici çip istehsal ediləcək.

Metbuat.az “Bloomberg”ə istinadən xəbər verir ki, bununla bağlı ölkənin 8 böyük şirkətinin daxil olduğu “Rapidus” çip konsorsiumu açıqlama yayıb. Konsorsiuma “Toyota” və “Sony” kimi nəhəng şirkətlər də daxildir.

Bildirilir ki, “AR-GE” müddəti də daxil olmaqda layihəyə 5 trilyon yen (37 milyad dollar) sərmayə qoyulacaq.

Layihə ilə bağlı danışan “Rapidus” rəhbəri Koike Atsuyoşi qeyd edib ki, Yaponiya hökümətinin layihə ilə bağlı büdcə proseduruna dair bir planının olduğunu ümid edirlər.

Məlumat üçün qeyd edək ki, Yaponiya hökümətinin də dəstəklədiyi “Rapidus” konsorsiumu ötən ilin avqustunda qurulub.

Avtomobil, ağıllı telefon, planşet və oyun konsolları istehsalı sahəsində yarımkeçirici çip problemi olduğu üçün istehsalçılar sərmayə yatırmaqda çətinlik çəkirdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR