Gürcüstanda 4,2 bal gücündə zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 14:52-də qeydə alınmış yeraltı təkanların episentri Dmanisidən 16 kilometr qərbdə, Məmişlər kəndi yaxınlığında olub.

Dağıntı barədə məlumat yoxdur.