Yunanıstandakı qatar qəzasının baş vermə səbəbi açıqlandı

Yunanıstanın Larisa şəhəri yaxınlığındakı qatar qəzasının səbəbi bəlli olub.

Metbuat.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.

Məlumata görə, qəzadan dərhal sonra saxlanılan Larisa şəhər vağzalının rəisi səhvə yol verdiyini etiraf edib:

“Mən səhvə yol verdim və minik qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə yola saldım”.

Qeyd edək ki, Yunanıstanda qatarların toqquşması nəticəsində 36 nəfər ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR