Messidən komanda yoldaşlarına gözlənilməz hədiyyə -

Lionel Messi Argentina millisinin üzvlərinə 35 qızıl "iPhone" bağışlayıb.

Metbuat.az xəbər verir ki, 36 yaşlı hücumçu 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olduqları üçün bu addımı atıb. 175 min funt-sterlinq dəyərində olan 24 karatlıq qızılla örtülmüş smartfonlarda oyunçuların adları, nömrələri və Argentina seçməsinin loqosu həkk olunub. Bildirilib ki, ulduz forvard anı qeyd etmək üçün xüsusi və rəngarən bir şey etmək istəməyib. O, sahibkar Ben Lyonsla əlaqə saxlayıb və onlar bunu birlikdə hazırlayıblar.

Qeyd edək ki, Argentina millisi 1986-cı ildən sonra dünya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR