"Taliban"dan Avropa ölkələrinə çağırış

“Taliban”ın müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Emirhan Muttaki Avropa İttifaqı (Aİ) ölkələrindən Əfqanıstandakı səfirliklərini yenidən açmağı xahiş edib.

Metbuat.az xəbər verir ki, Müttəki Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Niklasson və onun nümayəndə heyəti ilə görüşüb.

O bildirib ki, Əfqanıstanla Avropa İttifaqı ölkələri arasında diplomatik əlaqələrin yaxşılaşdırılması üçün lazımi addımlar atılmalıdır. Buna görə də, Aİ ölkələri Kabildəki səfirliklərini yenidən açmalıdır.

Əhməd Muttaki Əfqanıstana göstərdiyi humanitar yardıma görə Aİ-yə təşəkkür edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR