Apple şirkətinin ChatGPT texnologiyasına məxsus tətbiqin yenilənməsini əngəllədiyi barədə xəbərlər müzakirlərə səbəb olub
Metbuat.az xəbər verir ki, “OpenAI”ın süni intellektlə dəstəklənən ChatGPT söhbət botu istifadəyə verildiyi gündən diqqəti cəlb edib. İddiaya görə, Apple OpenAI-nin GPT-3 dil modelinin fərdiləşdirilmiş versiyasından istifadə edən e-poçt proqramı “BlueMail”ə dair yeniləməni bloklayıb.
Reuters xəbər verir ki, bu barədə Blix şirkətindən Ben Volach açıqlama verib.
"Apple BlueMail yeniləməsini blokladı. Apple şirkəti “BlueMail”ə qarşı ədalətli davranmır və ayrı-seçkilik etməyə davam edir. GPT tərəfindən dəstəklənən digərproqramlarda məhdudiyyət yoxdur. Biz ədalət istəyirik. Əgər 17 yaşdan yuxarı məcburiyyəti varsa bu qayda digərlərinə də tətbiq edilməlidir. “Apple”ın tətbiq mağazasında ChatGPT-yə bənzər reklamları edən digər proqramlara yaş məhdudiyyəti qoyulmur” - Ben Volach qeyd edib.