Deputat küçədə kartof satanla dalaşdı

İrəvanın Arabkir rayonunun Tiqranyan küçəsində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Ovik Ağazaryan küçədə kartof satanla dalaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr qeyd edib ki, deputat maşınla gedərkən bir nəfərin səkidə deyil, küçədə avtomobilini saxlayaraq kartof satdığını görüb. Məlumata görə, kartof satıcısı küçədə tıxac yaradıb. Bunu görən deputat isə maşından düşərək kartof satıcısına iradını bildirib. O hirslə deputata cavab verib ki, ailəsini dolandırmalıdır, çünki ölkə elə vəziyyətə gətirilib ki, başqa dolanışıq vasitəsi yoxdur.

Daha sonra tərəflər arasında mübahisə gərginləşib və deputat yerə yıxılıb. Polislər əraziyə gələndən sonra Ağazaryan dindirilmək üçün şöbəyə aparılıb, daha sonra istintaq onun zərərçəkmiş kimi tanındığını, kartof satıcısının isə həbs edildiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR