Şimali Koreya ABŞ-a xəbərdarlıq etdi

Şimali Koreya ABŞ-a xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, Şimali Koreya administrasiyasının xəbərdarlığında bildirilir ki, hədələyici ritorika və hərbi nümayişlərdən istifadə edilərsə, regional hərbi və siyasi vəziyyət çox kritikləşəcək. Şimali Koreya ABŞ və Cənubi Koreyanı birgə hərbi təlimləri dayandırmağa çağırıb. Bildirilib ki, hədələyici ritorika və hərbi nümayişlər regional hərbi və siyasi vəziyyəti idarəolunmaz hala gətirə bilər.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya Koreya yarımadasında birgə hərbi təlimlərə hazırlaşır. ABŞ və Cənubi Koreya ordularından bildirilib ki, Pxenyanın hədələrinə baxmayaraq, təlimlər təxirə salınmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR