Mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkilərinə “Altılı Masa”nın vahid namizədi elan edilib.

Metbuat.az xəbər verir ki, Kemal Kılıçdaroğlunun namizəd olması ilə bağlı qərar bu gün “altılı masa”nın keçirilən iclasında verilib.

İclasdan sonra Kılıçdaroğlu üzvləri arasında çıxış edib.

O çıxışında bildirib ki, prezident seçilərsə, İstanbul və Ankara bələdiyyəsi sədrləri Prezident köməkçiləri olacaq.