Gürcüstan parlamentinin qarşısındakı aksiyanın miqyası genişlənib

Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında insident baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, qarşıdurma aksiya liderlərinin etirazçları parlamentin hər üç girişini bloklamağa çağırmasından sonra baş verib. Polisin aksiyaçıların hərəkətinə icazə verməməsi nəticəsində qarşıdurma baş verib. İnsident baş verən əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb ediliblər.
Küçəni bloklayan xüsusi təyinatlılar etirazçılara parlament binasının girişinə hərəkət etməyə imkan verməyiblər.
Aksiya iştirakçıları “ruslar”, “kölələr” şüarları səsləndirirlər.

Qeyd edək ki, parlament binasının önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar hazırda parlamentin plenar sessiyasında müzakirə edilən “ xarici agentlər” haqqında qanuna etiraz edirlər. Aksiya iştirakçıları “Rusiya qanununa yox” şüarı səsləndirirlər. Etiraz aksiyası səbəbilə parlament binasının yerləşdiyi mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR