Tbilisidəki etiraz aksiyasında həbs olunanlar var -

Tbilisidə “Xarici agentlər” haqqında qanuna etiraz edən aksiya iştirakçılarından 36 nəfər həbs edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstan DİN aksiyanın təşkilatçılarına və rəhbərlərinə mitinqin zorakılığa çevrilməməsini təmin etmək barədə xəbərdarlıq edib.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “xarici agentlər” haqqında qanuna etiraz edirlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR