Kim Çen Inın dünyadan gizlətdiyi böyük sirri ortaya çıxdı -

Cənubi Koreya kəşfiyyatı Şimali Koreya lideri Kim Çen In barədə diqqətçəkən hesabat yayımlayıb.

Metbuat.az xəbər verir ki, Kim Çen Inın əslində üç övladı var. Buna qədər isə Kim Çen In media qarşısına yalnız bir övladı ilə çıxıb. Cu E adlı qız raket testi zamanı ictimaiyyət qarşısına çıxmışdı. Kim Çen Inın ictimaiyyətdən gizlətdiyi digər iki uşaqdan biri oğlandır və ailənin ilk uşağıdır. Digərinin cinsiyyətini və yaşını öyrənmək mümkün olmayıb. Cənubi Koreya kəşfiyyatının hesabatında həmçinin Şimali Koreya liderinin səhhətində problemlərin olması ilə bağlı şayiələr təsdiqlənməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR