Gürcüstanda səhərə qədər etiraz aksiyasının keçirildiyi parlamentin qarşısında hazırda sakitlikdir.

Metbuat.az xəbər verir ki, ərazidə nəqliyyatın hərəkəti bərpa ediliib.

Xatırladaq ki, Gürcüstan parlamenti martın 7-si birinci oxunuşda “xarici agentlər haqqında” qanun layihəsini qəbul edib. Bunun ardınca Tbilisidə qanun layihəsi ilə bağlı keçirilən etiraz aksiyalarında vəziyyət gərginləşib. Akiya zamanı 113 nəfərin saxlanıldığı bildirilir.