Ekrem İmamoğluna yüksək vəzifə -

CHP-nin lideri Kamal Kılıçdaroğlu prezident seçilərsə, partiya sədri postuna Ekrem İmamoğlu gətiriləcək.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq bununla bağlı CHP-nin planları var. Bildirilir ki, Kılıçdaroğlunun partiyasının qrup toplantısında “son dəfə çıxış edirəm” deməsi də bunu deməyə əsas verir. Preziden seçkiləri kampaniyasına start verən Kılıçdaroğlu, bununla belə seçkilərə qədər partiya sədri vəzifəsini icra edəcək. İddialara görə, Kılıçdaroğlunun məqsədi parlament seçkilərində də namizəd deputatları özünün təyin etmək istəməsidir.

Qeyd edək ki, “İyi” partiyası prezident seçkilərində Ekrem İmamoğlu və Mansur Yavaşın namizədliyini irəli sürsə də, digər müxalifət partiyaları razılaşmamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR