Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında çıxan müsahibəsinə aydınlıq gətirib.

Metbuat.az xəbər verir ki, 67 yaşlı mütəxəssis Report-a açıqlamasında fikirlərinin təhrif olunduğunu bildirib.

"Mən heç bir KİV-ə hazırkı müqaviləmin müddəti bitdikdən sonra sözləşməni uzatmayacağımı deməmişəm. Söylədim ki, dekabrın 1-dək müqaviləm var və bu, bitdikdən sonra AFFA ilə gələcək əməkdaşlığı müzakirə edəcəyəm. Yalnız bundan sonra mənim yığmanın sükanı arxasında qalıb-qalmayacağım bəlli olacaq", - deyə De Byazi vurğulayıb.

Qeyd edək ki, Canni De Byazi İtaliya mətbuatına müsahibə vermişdi.