Hulusi Akar yunan həmkarı ilə telefon danışığı aparıb

Türkiyə milli müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos ilə telefon danışığı aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Yunanıstanın müdafiə naziri Panagiotopoulos Türkiyədə baş verən zəlzələlərlə bağlı başsağlığı verib.

Nazir Hulusi Akar Yunanıstanda çox sayda insanın həyatını itirdiyi qatar qəzası ilə bağlı da yunan həmkarına başsağlığı verib.

Nazirlər, həmçinin, iki qonşu ölkə arasında mehriban qonşuluq münasibətlərinə əsaslanan bir gündəmin hazırlamasına dair razılığa gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR