​“Whatsapp” bu regionda tamamilə qadağan edilə bilər -

“Whatsapp” Böyük Britaniyada qadağan edilə bilər.

Metbuat.az xəbər verir ki, buna səbəb “Onlayn Təhlükəsizlik Aktı”dır. “WhatsApp” rəhbərliyindən bildirilib ki, Böyük Britaniya “Onlayn Təhlükəsizlik Qanunu”nu təsdiqləyəməyə hazırlaşır. Bu qanun “WhatsApp”ın əsas təhlükəsizlik aktı hesab edilən mesajların “başdan sona şifərlənməsi” prinsipinin yumşaldılmasını tələb edir. Qanun qəbul olunduqdan sonra Britaniya “WhatsApp”dan bu prinsipin yumşaldılmasını tələb edə bilər. Britaniya hökuməti bu təhlükəsizlik prinsipini zəiflətməyə məcbur edərsə, “WhatsApp” bundan imtina edəcək və bununla da proqram Britaniyada tamamilə qadağan olunacaq.

Qeyd edək ki, “başdan sona şifrələmə” yalnız mesajı göndərən və qəbul edənin onları oxuya bilməsini təmin etməklə mesajların təhlükəsizliyini təmin edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR