İsveç Malmödə Qurani-Kərimin yandırılması ilə bağlı Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan barədə araşdırmalara başlayıb.
Metbuat.az xəbər verir ki, təxribatçı siyasətçi barədə nifrət və təhrik ittihamı ilə bağlı istintaq aparılır. İsveçin rəsmi agentliyinin məlumatına görə, prokuror Adrien Combeir Hogg istintaqa 1 ildən sonra başlanılması ilə bağlı tənqidlərə münasibətdə, dəlil toplama prosesinin uzun sürdüyünü və istintaqın texniki səbəblərdən gec başladığını bildirib.
Qeyd edək ki, Rasmus Paludanın Quranı yandırması Türkiyənin də sərt etirazına səbəb olub. Türkiyə buna etiraz olaraq, İsveçlə NATO-ya üzvlük məsələsi barədə danışıqları dayandırmışdı.