ÇL-də həftənin ən yaxşı oyunçusu seçildi

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə "Benfika"nın oyunçusu Rafael Silva 1-ci olub. O, Mark Kukurelya ("Çelsi"), Tomas Müller ("Bavariya") və Fikayo Tomorini ("Milan") qabaqlayıb.

Qeyd edək ki, portuqaliyalı hücumameyilli yarımmüdafiəçi ÇL-in 1/8 finalında "Brügge" ilə cavab matçında (5:1) dubla imza atıb və 1 qolun ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR