Ərdoğan məğlub olarsa bu Türkiyə-Azərbaycan ittifaqına mənfi təsir edə bilərmi? -

"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan doğru qərar verdi, prezident və parlament seçkisini təxirə salmaq siyasi və hüquqi baxımdan doğru olmazdı".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Elxan Şahinoğlu edib. Politoloq hesab edir ki, Türkiyədə maraqlı seçki kampaniyası izləyəcəyik.

"Seçki mayın 14-də keçiriləcək. Əlbəttə, dəhşətli zəlzələnin nəticələrindən çıxış edərək seçkinin 6 ay və ya 1 il sonraya təxirə salınmasıyla bağlı fikirlər səsləndi. Ancaq Türkiyə Konstitusiyasına görə, ancaq müharibə halında seçki təxirə salına bilər. Digər tərəfdən ölkəni bir il seçki gərginliyi vəziyyətində saxlamaqdansa seçkinin qısa müddətdə keçirilməsinə üstünlük verildi".

Bu seçkidə Ərdoğan məğlub olarsa bu Türkiyə-Azərbaycan ittifaqına mənfi təsir edə bilərmi?

"Ərdoğan Türkiyə-Azərbaycan ittifaqının güclənməsi üçün böyük işlər gördü, İkinci Qarabağ müharibəsində dəstəyini heç zaman unutmayacağıq. Heç kim əbədi deyil, qardaş ölkənin gələcək Cumhurbaşqanlarının Ərdoğanın Azərbaycanla bağlı müttəfiqlik siyasətini davam etdirəcəklərinə inanıram, ortada müttəfiqliyi rəsmiləşdirən “Şuşa bəyannaməsi” var. Türkiyə cəmiyyəti və ordusu heç bir Cumhurbaşqanının Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almamasını qəbul etməz".

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR