Əfqanıstanda partlayış olub

Əfqanıstanın şimalında Bəlx vilayətində yerləşən Məzari-Şərif şəhərinin mədəniyyət mərkəzində partlayış olub.

Metbuat.az xəbər verir ki, Bu barədə Hasht-e Subh qəzeti yerli mənbələrə istinadən xəbər verib.

Qəzetin məlumatına görə, partlayış yerli vaxtla saat 11:00-da Məzari-Şərifdəki "Tabian" mədəniyyət mərkəzində baş verib. Partlayış nəticəsində qurbanların olduğu, lakin dəqiq sayın hələ məlum olmadığı bildirilir. Xəsarət alanlar arasında jurnalistlər də var. Partlayışa nəyin səbəb olduğu qeyd edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR