Bu ölkədə iki jurnalist həlak oldu

Bu gün Əfqanıstanın Məzari-Şərif şəhərində “Əfqanıstanın səsi” (AVA) informasiya agentliyinin binasında partlayış törədilib.

Metbuat.az xəbər verir ki, partlayış binada mətbuat konfransı keçirilən zaman baş verib. Nəticədə 2 jurnalist ölüb, 32 nəfər isə yaralanıb. Hadisə yerinə gələn Əfqanıstanın təhlükəsizlik qüvvələrinin nümayəndələri partlayışın terror aktı olduğunu bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR