Novruz atəşini "Yanardağ"da hiss edin!

19 mart tarixində Yanardağ Dövlət Tarixi-Mədəniyyət və Təbiət Qoruğunda “Bahaar Festival”ı keçiriləcək.

Metbuat.az xəbər verir ki, "Tam Sənə Görə" komandasının təşkilatçılığı ilə baş tutacaq gecədə məşhurlar arasında 2008 və 2015-ci illərdə Azərbaycanın "Eurovision" təmsilçisi Elnur Hüseynov, Səs Azərbaycan yarışmasının qalibi, həmçinin 2022-ci il "Eurovision" təmsilçimiz Nadir Rüstəmli, bəstəkar-müğənni Sivva, gənc ifaçı Dəniz də yer alacaq.

Bundan əlavə olaraq Novruz atributları olan Kosa, Keçəl və Bahar qızı, DJ çıxışı olacaq və müxtəlif növ master-klasslar keçiriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR