“Moskviç”in yeni modelləri buraxılacaq - Bu tarixdə

2023-cü ilin sonuna qədər iki yeni "Moskviç" modelinin buraxılması planlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu barədə "KamAZ PJSC"nin baş direktoru Sergey Koqogin açıqlama verib. O deyib ki, söhbət SUV və sedandan gedir.

Qeyd edək ki, 2022-ci ildə simvolik olaraq bir rubla satın alınan keçmiş "Renault Russia" müəssisəsində “Moskviç” brendi altında avtomobillərin istehsalı bərpa edilib . Hazırda şirkət Çin avtomobillərinin yığımını həyata keçirir. "KamAZ" isə layihənin texnoloji tərəfdaşıdır.

Moskva meri Sergey Sobyanin də açıqlamalarının birində bu modellərin artıq satışına başlanıldığı ilə bağlı məlumat vermişdi. O qeyd etmişdi ki, müəssisə 2023-cü ildə benzin mühərrikli 40 min, elektrik mühərrikli 10 min avtomobil istehsal etmək planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR