"WhatsApp"dan sürpriz yenilik: Naməlum nömrələrin kimə aid olduğunu görə biləcəksiniz

"WhatsApp" “Bəlkə” adlı yeniliyi istifadə verib.

Metbuat.az xəbər verir ki, yeniliyə əsasən istifadəçilər tanımadığı qrup iştirakçılarının adlarını görəcək. Bundan əvvəl isə onların yalnız nömrələri və fotoları görünürdü.

Qeyd edək ki, bir istifadəçinin adı və nömrəsi digər istifadəçinin telefonunun yaddaşında olmayanda qrup yazışmaları zamanı onların təkcə nömrələri görünürdü. Belə olanda istifadəçi qrupa yazılan mesajın kimdən gəldiyin bilmək üçün onun adını mütləq telefonuna qeyd etməli olurdu. Yenilik sayəsində buna ehtiyac olmayacaq. Bu funksiya alıcıya nömrəni yeni kontakt kimi qeyd etmədən naməlum şəxsin kim olduğunu bilməyə imkan verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR