Zəlzələ 11 nəfərin həyatına son qoydu

Pakistan və Əfqanıstanda baş verən zəlzələdə 11 nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən zəlzələ nəticəsində azı 9 nəfər ölüb. Zəlzələnin episentrinin qonşu Əfqanıstanda olduğu qeyd edilir. Əfqanıstanın şərqindəki Laqman əyalətində isə iki nəfər ölüb.

Təbii fəlakət nəticəsində daha 44 nəfər xəsarət alıb.

Yeraltı təkanlar Tacikistan, Qazaxıstan və Özbəkistanda hiss olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR