"Whatsapp"a yeni funksiya gəlir

"Whatsapp" yeni özəlliyi üçün çalışır.

Metbuat.az xəbər verir ki, bundan sonra qrup və şəxsi söhbətlərda hər hansı önəmli mesajı "sancaqlamaq" olar. Bu o deməkdir ki, həmin mesaja diqqəti çəkmək üçün xüsusi şəkildə işarələnmədən istifadə ediləcək.

İstifadəçilər mesajların çoxluğundan əsas məlumatları əldə etməkdə çətinlik çəkirdilər. Yeni funksiya ilə həmin önəmli mesajları "sancaqlanmış" formada hər kəs görə biləcək.

Bu yeniliyin nə vaxt aktiv olacağı hələki məlum deyil.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR