Afrikanın ən bahalı futbolçularının adları açıqlandı -

Afrikanın ən bahalı futbolçuları müəyyənləşib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, siyahının ilk pilləsində İtaliyanın "Napoli" klubunda çıxış edən Viktor Osimhen qərarlaşıb.

Nigeriyalı forvardın transfer qiyməti 100 milyon avro göstərilib.

İkinci sırada 70 milyon avro ilə Fransa PSJ-sinin mərakeşli müdafiəçisi Əşrəf Hakimi yer alıb.

İlk üçlüyü eyni dəyərə sahib olan İngiltərə "Liverpul"undan Məhəmməd Salah qapayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR