İtaliyanın "İnter" klubu mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Lionel Messini heyətinə qatmaq istəyir.
Metbuat.az xəbər verir ki, İtaliya nəhəngi 35 yaşlı super ulduzu transfer etmək üçün hərəkətə keçib. “Foot-Mercato”in xəbərinə görə, Milan təmsilçisi Messinin müqaviləsi başa çatmadan PSJ-yə müraciət edəcək. “İnter” kiçik transfer məbləği ödəməklə Messini transfer etmək istəyir. Messi müqaviləsini yeniləməsə PSJ istənilən təklifə razılıq verə bilər.
Qeyd edək ki, Messiyə ABŞ, Səudiyyə Ərəbistanından təkliflər var. Lakin Messinin Avropada daha 1 mövsüm futbol oynamaq istədiyi bildirilir. "İnter"in vitse-prezidenti Xavyer Zanetti Lionel Messi ilə maraqlandıqlarını təsdiqləyib.