"Qalatasaray" "Qarabağ"a qol vuran futbolçuya qapını göstərdi

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Bafetimbi Qomislə yollarını ayıracaq.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi 38 yaşlı hücumçunun müqaviləsini uzatmayacaq.

"Sarı-qarmızılar" fransalı oyunçuya yaşı çox olduğu üçün yeni sözləşmə təklif etməyəcək.

Qeyd edək ki, 2022-ci ildə "Qalatasaray"a qayıdan Bafetimbi Qomis 2017/2018 mövsümündə komanda ilə Türkiyə çempionu olub. Müqaviləsi mövsümün sonunda başa çatacaq forvard ötən gün "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri xeyriyyə matçında fərqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR