Sabiq deputat Ərəstun Cavadov uzun sürən xəstəlikdən sonra 75 yaşında vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.
Qeyd edək ki, Ərəstun Cavadov Azərbaycan Respublikasının Milli Məclisi III və IV çağırış deputatı olub.
O həmçinin Azərbaycan–İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub.