Kafedə öldürülən Günay 8 aylıq hamilə imiş -

Ötən gün Bərdədə qətlə yetirilən 36 yaşlı Günay Ələkbərovanın 8 aylıq hamilə olub.

Metbuat.az Xezerxeber-ə isitnadən xəbər verir ki, Günayın anası bildirib ki, qızı onu öldürməkdə şübhəli bilinən 39 yaşlı Şirxan İmanovla qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb: “Ona dedim ki, “gəl səni qaçırdım”. Dedi ki, “yox, səni də öldürər”. Həmin gecə mənə zəng etdi. Dedi ki “Mama, gəlməsən başqa iş olacaq. Mama, özünü mənə çatdır...” Soruşdum “Hardasan? Hara gəlim?” Elə orada da vurdu. Neçə bıçaq vurduğunu bilmirəm. Qızım 8 aylıq hamilə idi. 9-10 ay idi ki, birlikdə yaşayırdılar”.

Qeyd edək ki, martın 30-u saat 00:15-də radələrində Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan məlumat verilib ki, ilkin araşdırma zamanı 1984-cü il təvəllüdlü Şirxan İmanovun Bərdə rayonunda yerləşən kafelərdən birində Günay Ələkbarovaya bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı