​"Finlandiya NATO-nun təhlükəsizliyinə sadiq müttəfiq olacaq"

"Finlandiya NATO-nun təhlükəsizliyinə sadiq güclü və bacarıqlı müttəfiq olacaq".

Metbuat.az xəbər verir ki, Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin NATO-ya üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisində təsdiqlənməsindən sonra belə açıqlama verib. O tvitter hesabında bildirib ki, 30 NATO üzvü Finlandiyanın üzvlüyünü təsdiqləyib. Niinistö sənədi ratifikasiya edən ölkələrə etimad və dəstəyə görə təşəkkür edib:

"Finlandiya NATO-nun təhlükəsizliyinə sadiq olan güclü və bacarıqlı bir müttəfiq olacaq. Finlandiya artıq NATO-ya qoşulmağa hazırdır. İsveçin ən qısa zamanda bizə qoşulmasını gözləyirik"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR