"Milan"dan "Qalatasaray"a tarixi təklif

Mövsümün əvvəlində "Arsenal"dan 6 milyon avroya "Qalatasaray"a transfer olan Torreyranın klubdan ayrılacağı iddia edilir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İtaliyaya qayıdacağı irəli sürülən ulduz futbolçu üçün "Milan"ın iddialı təklif hazırladığı bildirilib. Məlumata görə, “Milan” Lukas Torreyra üçün "Qalatasaray"a 28 milyon avro təklif edəcək. Bu təklifi qəbul etməyə razı olan "Qalatasaray” bununla yeni rekorda imza atacaq. Belə ki, bu, "Qalatasaray”ın bir oyunçu üçün əldə etdiyi ən böyük tranfer məbləği olacaq. Bundan əvvəl Badou Ndiayeni 16 milyon avroya “Stok Siti”yə satan “Qalatasaray” klub rekordunu qırıb.

Qeyd edək ki, Lukas Torreyranın klubla 2026-cı ilə qədər müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR