"Mançetser Siti" "Liverpul"u məğlub etdi

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində "Mançetser Siti" öz meydanında "Liverpul"u qəbul edib.

Metbuat.az xəbər verir ki, oyun meydan sahibinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Siti"nin heyətində qolları X.Alvares (27-ci dəqiqə), K.De Brüyne (46), İ.Gündoğan (53) və C.Qriliş (74) vurublar. Qonaqların heyətində yeganə qolu 17-ci dəqiqədə M.Sahal vurub.

Qeyd edək ki, 29 turdan sonra "Mançester Siti" (28 oyun keçirib) 64 xalla ikinci yerdə, "Liverpul" (27 oyun keçirib) isə 42 xalla 7-ci yerdə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR