Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində yol nəqliyyat hadisəsi olub.
Metbuat.az xəbər verir ki, aprelin 2-də saat 21 radələrində baş verən qəzada F.İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili divara vurub. Nəticədə avtomobildəki sərnişin E.Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.