Salyanda evdə yanğın çıxdı -

Salyan rayonunun Həsənli kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü 100 m² sahədə yanıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat FHN-nin rəsmi saytıda yer alıb.

Qeyd edilib ki, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi 2 nəfər (uşaq) xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, uşaqlardan biri xəstəxanada vəfat edib.

Geri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR