Xalq artistinin dəhşətli qəzadan sonra ilk görüntüsü -

Xəbər verdiyimiz kimi, Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Metbuat.az xəbər verir ki, Xalq artisti avtomobil qəzasından ilk fotosunu sosial media hesabında paylaşıb. O, paylaşımında "Anlamayana qədər heç bir emosiyanı yaşaya bilməzsən" sözlərini qeyd edib.

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR