“WhatsApp”da arzulanan yenilik istifadəyə verildi -

“WhatsApp”da yoxa çıxan mesajların vaxtı ilə bağlı yenilik edilib.

Metbuat.az xəbər verir ki, yeniliyə əsasən istifadəçilərə avtomatik yoxa çıxan mesajların vaxtı ilə bağlı yeni seçimlər təqdim edilib. Məlumata görə, buna qədər yoxa çıxan mesajların yaddaşda qalması 24 saat, 7 gün və 90 gün müddətində olurdu. Yenilikdən sonra isə istifadəçilərə 15 seçim təqdim edilib. İstifadəçilər yeniləmə sayəsində yoxa çıxan mesajları 1 il, 180 gün, 60 gün, 30 gün, 21 gün, 14 gün, 6 gün, 5 gün, 4 gün, 3 gün, 2 gün, 12 saat, 6 saat, 3 saat və 1 saat müddətdində yaddaşda saxlaya bilərlər. İstifadəçilərin yenilikdən sonra vaxtı daha az olan seçimlərə üstünlük verəcəyi güman edilir. Məlumata görə, artıq beta versiyada yenilik sınaqdan keçirilir.

Qeyd edək ki, mesajların vaxtının seçilməsinin önəmi ondan ibarətdir ki, “WhatsApp” tətbiqi telefondan silindən sonra belə mesajları “WhatsApp”ı yenidən yükləyəndən sonra bərpa etmək imkanı olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR