Ətrafa səpilmiş pulu yığan sakinlərin davranışı təqdir edildi -

Argentinada soyğuna cəhd zamanı içərisində 7 milyon peso (33590 dollar) olan çantanın ağzının açılması zamanı əskinaslar ətrafa səpələnib.

Metbuat.az xəbər verir ki, paytaxt Buenos-Ayresdə banka pul yatırmağa gedən 26 yaşlı Xuan Kruz adlı şəxsə qarşı soyğun cəhdi olub. Oğru motosikletlə 26 yaşlı şəxsə yaxınlaşaraq çantasını oğurlamağa cəhd göstərib. Tərəflər arasında mübarizə baş verib. Bu zaman çantanın ağzı açılıb və əskinaslar ətrafa səpələnib. Ətrafdakılar pul sahibinə kömək etmək üçün əskinasları toplamağa başlayıb. Sakinlərin gəncə yardımı təqdir edilib. Hadisədən sonra puldan 70 min peso (335 dollar) yoxa çıxıb. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR